Yığmanın sabiq üzvü karyerasını başa vurdu

20:43 - 26 May 2024

"Mançester Siti"nin sabiq qolkiperi Co Hart aktiv futbolçu karyerasını başa vurmaq qərarına gəlib.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, o, qərarında qətidir.

Son olaraq Şotlandiyanın "Seltik" klubunun qapısını qorumuş 37 yaşlı futbolçuya bir neçə təkliflər olsa da, qərarını dəyişmək istəməyib.

Təcrübəli qapıçı "Bernli”, “Torino”, “Vest Hem” klublarında, həmçinin İngiltərə millisinin futbolçusu olub. 

Xəbər xətti