"Sumqayıt"ın forvardı: "İstədiyimizi etdik, Avropaya gedirik"

15:49 - 28 May 2024

"Sumqayıt"ın forvardı Erik Sorqa instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, estoniyalı komandasının avrokuboklara vəsiqə qazanması haqda yazıb:

"Biz istədiyimizi etdik. Artıq Avropaya gedirik. Komandaya və bu nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirəm. Möhtəşəm atmosfer və bütün mövsüm boyunca bizi dəstəklədiyiniz üçün azarkeşlərimizə təşəkkür edirik. Davamı gələcək".

Əlavə edək ki, Premyer Liqanın 36-cı turunun “Qəbələ” ilə görüşündə Sorqanın vurduğu yeganə qol sayəsində “Sumqayıt” qalib gəlib və avrokuboklara vəsiqə qazanıb. Sorqa 2023-cü il iyulun 17-də “Sumqayıt”la müqavilə imzalamışdı və onun bu klubla müqavilə müddəti gələn ayın 30-da başa çatacaq.
 

Xəbər xətti