Mövsümün ikinci yarısını icarə əsasında "Şamaxı"da keçirən Səbayıl Bağırov Sportal.az saytına açıqlama verib.
Müqavilə ilə "Turan Tovuz"a məxsus olan 29 yaşlı mərkəz müdafiəçisi I Liqada qazanılan çempionluqla bağlı təəssüratlarını bölüşüb. Təcrübəli futbolçu tarixi uğur qazandıqlarını bildirib:
"Tarixi şəhərdə tarixi çempionluq oldu. "Şamaxı" yenidən Premyer Liqaya yüksəldi. Bunun sevinci həqiqətən də başqadır. I Liqada üçüncü dəfə çempion oldum. 9 il şərəfini qoruduğum "Turan Tovuz"la iki dəfə çempion olmuşam, bir dəfə isə bürünc medal qazanmışam. Kimlərsə bunu unuda bilər. Amma komandanın sadiq azarkeşləri bunu unutmur".
Səbayıl Bağırov Premyer Liqa klublarından təkliflər gələcəyini deyib:
"Şamaxı"ya qışda qoşuldum. Bu uğurda rolum olduğu üçün çox sevinirəm. Yenidən Premyer Liqada mübarizə aparacağıq. "Şamaxı" ilə müqaviləm may ayına qədər idi. Düşünürəm ki, I Liqada çempion olan futbolçulara Premyer Liqadan təkliflər gələcək. Özümü də həmin oyunçuların arasında görürəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi