Qurban Qurbanov və Rəşad Sadıqov jurnalistlərin qarşısına çıxacaq

13:10 - 31 May 2024

2 iyun tarixində "Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.

Sportalaz xəbər verir ki, nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı 17:30-da başlayacaq.

“Qartallar”ın media üçün açıq məşqi saat 18:00-da start götürəcək.

Xəbər xətti