"Şamaxı" müdafiəçi ilə müqavilə imzaladı

20:13 - 2 İyun 2024

“Şamaxı” növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, müqaviləsi başa çatan Səbayıl Bağırov ilə yeni müqavilə imzalayıb. Müdafiəçi ilə yeni müqavilənin müddəti iki ildir.

Qeyd edək ki, Səbayıl Bağırov başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Şamaxı"da keçirib.

Xəbər xətti