"Şamaxı"dan məşqçiləri ilə bağlı qərar

15:12 - 3 İyun 2024

“Şamaxı” növbəti mövsümün hazırlıqlarına davam edir.

Sportal.az xəbər verir ki, məşqçilər heyəti ilə yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti başa çatıb.

Xəbər xətti