"Ölkə kubokunun bu mövsümkü finalı da maraqlı idi. "Zirə"nin istəyi daha çox gözə çarpırdı, amma "Qarabağ"ın təcrübəsi qalib gəldi. Təcrübə və oyunçuların keyfiyyəti bu matçda əsas rol oynadı. "Zirə" istəkli olsa da, keyfiyyət və təcrübə qələbə qazandı".
Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı məşqçi Ramin Quliyev deyib.
"Sabah"ın sabiq çalışdırıcısı Azərbaycan kubokunun bu mövsümkü "Qarabağ" - "Zirə" finalını şərh edib. O, Qurban Qurbanovun final görüşündən sonra mətbuat konfransında "Zirə"nin büdcəsini nəzərə alsaq, "Qarabağ" bu gün bizə qalib gəldi" fikrinə də münasibət bildirib:
"Bu ilki final daha maraqlı alındı. Çünki meydanda daha fərqli "Zirə" gördük. Bu komandanın da təcrübəsi artıb. Lakin bu təcrübə də "Qarabağ"a qalib gəlmək üçün yetərli olmadı. Qurban bəyin fikri ilə tamamilə razıyam. "Zirə"nin büdcəsini "Qarabağ"la müqayisə etmək düzgün olmazdı. Ancaq bu büdcə ilə ikinci yer və kubokda finala çıxması böyük nəticədir. Hələ ki, "Qarabağ"la başabaş mübarizə aparacaq komanda çox təəssüf ki, bu il də görünmür".
Mirbağırağa