Benzia oynadı, Əlcəzair millisi qələbə qazandı

13:52 - 11 İyun 2024

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair millisi səfərdə Uqanda seçməsi ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yassin Benzia da bu görüşün iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 69-cu dəqiqədə Said Benrahmanın əvəzinə meydana daxil olub.

4 turdan sonra 9 xal toplayan Əlcəzair yığması G qrupunun lideridir.

Xəbər xətti