Türkiyə millisinin üzvü Avropa çempionatında oynamayacaq?

14:34 - 13 İyun 2024

Türkiyə millisinin futbolçusu İrfan Can Kahvecinin Avropa çempionatının ilk turunda oynamamaq təhlükəsi yaranıb.

Sportal.az "Akşam"a istinadən xəbər verir ki, yarımmüdafiəçi Polşa ilə yoldaşlıq oyununda zədələnib.

Türkiyə Futbol Federasiyası isə milli futbolçunun son durumu ilə bağlı açıqlamada bunları qeyd edib: "İrfanın zədəsi ilə bağlı müalicəsi davam edir".

"Fənərbaxça"nın futbolçusunun AVRO 2024-ün heyətindən çıxarılıb-çıxarmayacağına yaxın saatlarda dəqiqləşəcək. 

Xəbər xətti