Gürcüstan millisinin forvardı "Zirə"də

16:49 - 13 İyun 2024

"Zirə" Davit Volkovla anlaşıb.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi gürcüstanlı hücumçu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020 - 2022-ci illər aralığında da bu klubun şərəfini qoruyub.

Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinaamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.

Xəbər xətti