İlkin Fikrətoğlu hazırladı: AFFA-da "davam edir 37, daha kəskin, daha ciddi" - VİDEOSÜJET

20:59 - 13 İyun 2024

AFFAnın yeni rəhbərliyi nəhayət, milli komandanın baş məşqçisi məsələsinə son qoydu. Yığmamız 2016-cı ildə Portuqaliyanı Avropa çempionu etmiş Fernando Santuşa tapşırıldı. Azərbaycan millisinin 32 illik tarixi ərzində 6-cı əcnəbi baş məşqçi olan Santuşla yığmamızın tarixinə ən qoca çalışdırıcı kimi düşdü. 70 yaşlı portuqalla 4 illik müqavilə imzalanıb.

Sportal.az xəbər verir ki, Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini Fernando Santuşun təyinatına həsr edib.

Xəbər xətti