Azərbaycan Birinci Liqasına vəsiqə qazanan ikinci komandanın adı dəqiqləşdi

22:46 - 15 İyun 2024

Azərbaycan Birinci Liqasını 10-cu sırada başa vuran "Araz Saatlı" II Liqanın ikincisi "Cəbrayıl"la qarşılaşıb. 

Sportal.az xəbər verir ki, 2024/2025 mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ikinci görüşü Saatlıdakı Olimpiya Kompleksinin stadionunda baş tutub.

Matç “Cəbrayıl” kollektivinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk matçda da cəbrayıllılar 2:0 qazanmışdı.

Xəbər xətti