"Yuventus" italiyalı qapıçını buraxmayacaq

19:45 - 17 İyun 2024

"Yuventus" Mattia Perinlə müqavilə müddətini artırmağı planlaşdırır.

Sportal.az "Sky Spor"a istinadən xəbər verir ki, "qoca sinyora" italiyalı qolkiperi buraxmaq niyyətində deyil.

"Atalanta" və "Cenoa"nın transfer siyahısında yer alan təcrübəli qapıçı özü də, "Yuventus"da qalmağa müsbət baxır.

31 yaşlı qolkiper ötən mövsüm A Seriyasında cəmi 3 oyun keçirib. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti