"Xəzər Lənkəran" və "Zirə"də oynadı, karyerasını başa vurdu

12:18 - 9 İyul 2024

Karyerasının əsas hissəsini Azərbaycanda keçirmiş Adrian Skarlatake aktiv futbolçu karyerasını başa vurub.

Bu barədə Sportal.az saytına özü məlumat verib. O, bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. 37 yaşlı veteran futbolçu Rumıniyanın “Konkordiya” klubunda çalışacaq.

Qeyd edək ki, Adrian 2012-2015-ci illərdə “Xəzər Lənkəran”, 2016-2018-ci illərdə “Keşlə”(indiki “Şamaxı”), 2018-2020-ci illərdə isə “Zirə”də oynayıb.

Bununla yanaşı, Rumıniyada “Dinamo”, “Astra”, “Otopeni”, “Hermanştadt”, “Mioveni”, “Argeş” klublarının futbolçusu olub.

Xəbər xətti