“Şamaxı” futbolçu Lubeni Haukonqo ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
saytlarin hazirlanmasi