"Şamaxı" monteneqrolu ilə anlaşdı - FOTO

09:18 - 20 İyul 2024

"Şamaxı" heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Vasiliye Radenoviçlə güclənib.

Mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

Radenoviçin son klubu Bosniya və Hersoqavinanın “GOSK Gabela” olub.

Xəbər xətti