Benteke dubl etdi, "Şamaxı" qələbə qazandı

20:46 - 23 İyul 2024

“Şamaxı” yay təlim-məşq toplanışında üçüncü yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Cəbrayıl”la qarşılaşan Premyer Liqa təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

"Şamaxı"nın heyətində Conatan Benteke dublla yadda qalıb, Elşad Tağıyev və Adil Nağıyev hərəyə bir dəfə fərqlənib.

Xəbər xətti