"Qalatasaray"ın futbolçusu Qətər klubuna keçir

19:56 - 4 Sentyabr 2024

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, mərakeşli vinger karyerasını Qətərdə davam etdirə bilər. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

31 yaşlı ön xətt oyunçusu "Əl-Ərəbi" klubu ilı danışıqlar aparır. Tərəflər arasında qısa müddətdə razılıq əldə olunacağı gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin yayında "Çelsi"dən transfer edib. Mərakeş millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti