Ançelotti: "Matçlardan əvvəl hələ də narahat oluram"

11:46 - 8 Sentyabr 2024

"Real"ın baş məşqçisi Karlo Ançelotti hələ nə qədər futbol sahəsində işləməyi planlaşdırdığı ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, “Football Italia”ya danışan 65 yaşlı mütəxəssis baş məşqçi kimi çalışmağa davam etmək niyyətində olduğuna işarə vurub: 

"Matçlardan əvvəl hələ də narahat oluram. Bu da yaxşı əlamətdir. Düşünürəm ki, uzun müddət çalışa bilərəm".

Təcrübəli mütəxəssis 2021-ci ildə “kral klubu”nun sükanı arxasına keçib. O, 2013-2015-ci illərdə "Real"ı da çalışdırıb. Ançelotti karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub.
 

Xəbər xətti