Polşa yığmasının yarımmüdafiəçisi "Qalatasaray"a keçir

13:22 - 9 Sentyabr 2024

"Qalatasaray" "Roma"nın yarımmüdafiəçisi Nikola Zalevskinin keçidini həll etməyi planlaşdırır.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, polşalı futbolçu artıq Türkiyə klubuna keçməyə razılıq verib.

"Cim-bom" 22 yaşlı futbolçunun transfer hüququna sahib çıxa bilməsə, onu ən pis halda icarəyə götürəcək.

Zalevski bu mövsüm A Seriyasında 3 oyunda meydana çıxıb.

22 yaşlı cinah yarımmüdafiəçisi 2025-ci il iyunun 30-na qədər "Roma"ya məxsusdur. Polşa millisinin üzvü "Roma"nın yetirməsidir və 2021-ci ildə bu klubda ilk oyununa çıxıb.

Xəbər xətti