"Kəpəz"də portuqaliyalı yarımmüdafiəçi - RƏSMİ

19:13 - 10 Sentyabr 2024

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, Anqola əsilli portuqaliyalı Valdemar Almeyda "sarı-göylər"in şərəfini qoruyacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı oyunçu ampluaca yarımmüdafiəçidir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

"Pana" ləqəbli futbolçu ötən mövsüm "Səbail"də çıxış edib.


Xəbər xətti