"Qalatasaray"ın yeni transferi PSJ-yə keçə bilər

22:22 - 13 Sentyabr 2024

Nigeriya millisinin forvardı Viktor Osimhen PSJ-yə keçə bilər.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Paris klubunun idman direktoru Luis Kampos bu haqda danışıb.

O, “Qalatasaray”da icarə əsasında oynayan forvardın mümkün keçidini şərh edib:

“Bu məsələ ilə bağlı məşğuluq. Hazırda o, icarə əsasında “Qalatasaray”dadır. Onun transferi üçün çalışırıq”.

Osimhenin "Napoli" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 

Xəbər xətti