Polşa mətbuatı: "Hər şey onu göstərir ki, Santuşun Azərbaycandakı karyerası uzun sürməyəcək"

20:46 - 13 Sentyabr 2024

Polşa mətbuatı Fernandu Santuşun Azərbaycan milli komandasının baş məşqçisi kimi ilkin fəaliyyətini dəyərləndirib. 

Sportal.az xəbər verir ki, "Futbol - Piłka nożna" portalı portuqaliyalı mütəxəssisin Azərbaycan millisindəki fəaliyyətinin uzun müddət çəkməyəcəyini ehtimal edib: 

"Az adam bilir ki, Fernandu Santuş hazırda Azərbaycan millisinin baş məşqçisidir. 69 yaşlı mütəxəssis bu il iyunun 12-dən bu komandaya rəhbərlik edir. Təcrübəli mütəxəssis Azərbaycan millisi ilə Millətlər Liqasının oyunlarında işə başlasa da, təəssüf ki, start pis alındı. Sentyabr görüşlərində onun komandası iki dəfə məğlub olub. Azərbaycan əvvəlcə İsveçə 1:3, daha sonra isə Slovakiyaya uduzub – 0:2. Vurulan və buraxılan qolların statistikası da pisdir: Santuşun komandası cəmi bir qol vurub, beş qol buraxıb... 2023-cü ilin sentyabrında Polşa millisindən ayrılan Fernandu Santuş uzun müddət işsiz qalmadı. Bu ilin əvvəlində o, “Beşiktaş”ın məşqçisi olsa da, apreldə işini itirdi. Səbəb? O, Türkiyə klubunda pis nəticərlə yhadda qaldı. Hər şey onu göstərir ki, onun Azərbaycan millisindəki karyerası uzun sürməyəcək".

Qeyd edək ki, Millətlər Liqasıı C1 qrupunda yer alan Azərbaycan milli komandası İsveçə 1:3, Slovakiyaya 0:2 uduzmuşdu.

Xəbər xətti