"Şamaxı" "Sumqayıt"ı, "Qarabağ" "Səbail"i məğlub etdi - YENİLƏNİB

20:54 - 14 Sentyabr 2024

Misli Premyer Liqasında 6-cı turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

"Şamaxı" öz meydanında "Sumqayıt"ı, "Qarabağ" isə "Səbail"i məğlub edib.

14 sentyabr (şənbə)

“Şamaxı” – “Sumqayıt” 1:0

Qol: Giorgi Kantariya, 2
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı şəhər stadionu, 16:30

“Qarabağ” – “Səbail” 2:1

Qol: Leandro Andrade, 6, 56 - Fərid Nəbiyev, 58
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev
VAR: Kamal Umudlu
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”, 19:00

Xəbər xətti