"Mançester Yunayted" 3 xalı 3 qolla qazandı - VİDEO

20:38 - 14 Sentyabr 2024

İngiltərə Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Yunayted" səfərdə "Sauthempton"un qonağı olub. Qarşılaşma "qırmızı şeytanlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən"Mançester Yunayted" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Sauthempton" isə 19-cu yerdədir.

"Sauthempton" - "Mançester Yunayted" 0:3

Qollar: Matteys de Lixt, 38, Markus Reşford, 41, Alexandro Qarnaço, 90+6

Xəbər xətti