"Milan" "Çelsi"nin futbolçusunu transfer edəcək

22:26 - 16 Sentyabr 2024

“Çelsi”nin yarımmüdafiəçisi Kerni Çukvuemeka karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, "Milan" Kernini qış “transfer pəncərəsi”ndə heyətinə qatmaqda maraqlıdır.

20 yaşlı futbolçu “Aston Villa”nın yetirməsidir və o, 2022-ci ildə “Çelsi”yə keçib. Onun “zadəganlar”la müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti