"Bank hesabımda İsrailin qanlı pullarının olmasını istəmirəm"

14:55 - 20 Sentyabr 2024

"Rusenborq"un (Norveç) futbolçusu Ole Saeter İsrailin "Makkabi" klubundan gələn təklifi rədd edib.

Sportal.az xəbər verir ki, norveçli hücumçu Hayfa təmsilçisinə keçməmesinin səbəbini açıqlayıb. 28 yaşlı forvard Fələstinlə müharibə aparan ölkənin klubunda oynamaq istəmədiyini bildirib:

"Makkabi"dən təklif aldım, amma rədd etdim. Mənə 500 milyon avro təklif etsələr belə, qəbul etmərəm. Bank hesabımda İsrailin qanlı pullarının olmasını istəmirəm".

Qeyd edək ki, Ole Saeter 2021-ci ilin dekabr ayından "Rusenborq"da çıxış edir. Təcrübəli forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti