"Sumqayıt" gürcü yarımmüdafiəçi transfer etdi - RƏSMİ

19:42 - 18 Sentyabr 2024

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar" ötən mövsümü Türkiyənin "Kocaelispor" klubunda keçirmiş gürcüstanlı futbolçu Giorgi Karaişvili ilə 1+2 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi komandada 12 nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias və Miloş Miloviçin keçidini reallaşdırıb.

Xəbər xətti