"Klubdan ayrılmağımın əsas səbəbi milli komandada işlərimin çox olması idi"

10:34 - 18 Sentyabr 2024

"Difai" klubundan ayrılmağımın əsas səbəbi milli komandada işlərimin çox olması ilə əlaqədar idi. Bildiyiniz kimi, iki yaş qrupu üzrə milli komandada çalışacağıq. Həm də rəhbərliklə anlaşılmazlıqlar oldu. Bu da normal haldır. Hər iş prosesində bunlar baş verə bilər. Mən özüm birinci turdan öncə istefa verdim və komandadan ayrıldım".

Bu sözləri Sportal.az saytına açıqlamasında Birinci Liqa təmsilçisi "Difai"nin baş məşqçi postundan ayrılan Elgiz Kərəmli deyib. 

Ötən mövsümdən bu komandanı çalışdırmış Kərəmli həm də U-16 yığmasında köməkçi məşqçi kimi işləyir. O, "Difai"dəki işini də xatırlayıb:

"Ötən mövsüm "Difai"də işə başlayanda, çətinliklərimiz oldu. Komandaya oktyabrdan qoşulmuşdum. Lakin qış fasiləsindən sonra istədiyimiz komandanı qura bildik. Sonda da məqsədimizə çatıb birinci liqadakı yerimizi qoruduq. Rəhbərlik də işimdən razı qaldığı üçün 6 illik müqavilə təklif etdilər və razılaşmışdıq. Amma belə alındı ki, ayrıldım".

Xəbər xətti