"Turan Tovuz" - "Araz-Naxçıvan" matçının biletləri satışda

16:05 - 19 Sentyabr 2024

Misli Premyer Liqasının 7-ci turunun "Turn Tovuz"- "Araz-Naxçıvan" matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Qarşılaşma 21 sentyabr tarixində, saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbər xətti