"Milan" baş məşqçisi ilə yollarını ayıracaq

20:46 - 19 Sentyabr 2024

“Milan”ın baş məşqçisi Paulo Fonsekanın gələcəyi şübhə altındadır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər” növbəti matçda “İnter”i məğlub etsə belə, mütəxəssisin qovulacağı gözlənilir.

“Milan” onun yerinə Mauritsio Sarri və adları açıqlanmayan daha iki baş məşqçinin namizədliyini nəzərdən keçirir.

Fonsekanın "Milan"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. 

Xəbər xətti