"Qalatasaray"ın forvardı azarkeşləri gördü, fikrini dəyişdi

12:18 - 18 Sentyabr 2024

"Qalatasaray"ın forvardı Viktor Osimhenin qışda "Çelsi" və ya PSJ-yə keçəcəyi gündəmdədir.

Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, nigeriyalı hücumçu Türkiyəyə gəlməmişdən əvvəl qışda komandadan ayrılmağı düşünüb.

Amma Osimhen "Qalatasaray"dakı və azarkeşlərin oyunlarda yaratdığı atmosferdən sonra fikrini dəyişib.

Onun İstanbul klubunda uzun müddət qalmaq istədiyi bildirilir.

25 yaşlı hücumçu "Napoli"yə məxsus olsa da, mövsümün sonuna qədər "Qalatasaray"da icarə əsasında oynayacaq.

 

Xəbər xətti