"Bavariya"nın futbolçusu Leon Qoretska karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Vest Hem" Münhen təmsilçisinin əsas heyətində yerini itirən alman yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
İngiltərə klubları 29 yaşlı mərkəz yarımmüdafiəçisi üçün qış transfer pəncərəsi zamanı klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Bavariya" Leon Qiretskanı 2018-ci ilin yayında "Şalke"dən transfer edib. Almaniya millisnin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi