Ronaldo üçün italyan baş məşqçi

19:38 - 18 Sentyabr 2024

Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr"in yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini Stefano Pilo çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtalyan mütəxəssis bu gün Ər-Riyada gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Əl-Nəsr" dünən baş məşqçi Luis Kastro ilə yollarını ayırıb.

Xəbər xətti