"Milan"ın keçmiş çalışdırıcısı Səudiyyə Ərəbistanına yollana bilər

12:46 - 17 Sentyabr 2024

"Milan"ın sabiq çalışdırıcısı Stefano Pioli Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Əl-Nəsr"i çalışdırmaq imkanına sahibdir. 

Kriştiano Ronaldonun da Piolinin keçidinə təsir edəcəyi gözlənilir.

"Əl-Nəsr" bu yaxınlarda Luis Kastronu istefaya göndərib və Stefano Pioli hazırda əsas namizədidir. O, ötən mövsümün sonunda "Milan"dan ayrılmışdı. 

Xəbər xətti