"Ayaks"da ciddi itki: "Qarabağ"la oyunu buraxa bilər

17:17 - 17 Sentyabr 2024

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Ayaks"ın heyətində ciddi tiki baş verib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin yarımmüdafiəçisi Steven Berqyoys sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Françesko Farioli məlumat verib.

İtalyan mütəxəssis 32 yaşlı futbolçunun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də qarşılaşacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti