Premyer Liqanın 4 klubu türk futbolçu ilə maraqlanır

15:22 - 19 Sentyabr 2024

Türkiyə millisinin üzvü Yusuf Yazıcı karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Lill"dən ayrıldıqdan sonra azad agent statusunda olan hücuma meyilli yarımmüdafiəçi ilə 4 klub maraqlanır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Aston Villa", "Kristal Pelas", "Brentford" və "Bornmut" türk futbolçunu heyətinə qatmaq istəyir. "Aston Villa" təcrübəli oyunçu ilə danışıqlara başladığı bildirilir.

Xəbər xətti