Premyer Liqa: "Kəpəz" "Şamaxı"ya uduzdu, "Qarabağ" "Neftçi"yə qarşı - YENİLƏNİR

18:54 - 20 Sentyabr 2024

Bu gün Misli Premyer Liqasında 7-ci tura start verilir.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Kəpəz" Tovuz şəhər stadionunda "Şamaxı"nı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Turun mərkəzi oyunu is "Qarabağ" və "Neftçi" arasında olacaq. "Azersun Arena"da keçiriləcək Azərbaycan derbisinə saat 20:00-da start veriləcək.

Azərbaycan Premyer Liqası

VII tur

20 sentyabr

17:00. “Kəpəz” – “Şamaxı” 0:2
Qollar:
Konate 16, Kantariya
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"

Xəbər xətti