Polşa mətbuatı Rahili “uğursuz transferlər” siyahısına daxil etdi: Səhvlər edir

18:24 - 20 Sentyabr 2024

Polşa mətbuatı Ekstraklassada uğursuz yay transferlərindən yazıb. 

Sportal.az xəbər verir ki, “Gol24” portalı "uğursuz transferlər" arasında “Radomyak”ın mövsümün əvvəlində sıralarına cəlb etdiyi Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovu da qeyd ediblər. 

Polşalılar millimizin üzvünün yayın "ən pis 11 transferi"ndən biri olduğunu yazıb: 

"Ötən mövsüm Ekstraklassda aşağı liqaya düşməyə yaxın, "Radomyak"ın yeni müdafiəçisi Rahil Məmmədov indiki komandasının oyunlarında ardıcıl səhvlər edir".

Məmmdəov 2024-cü il iyulun 17-də "Radomyak"la iki illik müqaviləyə qol çəkib.

Xəbər xətti