"Çelsi" "Barselona"dan müdafiəçi transfer edəcək

19:46 - 20 Sentyabr 2024

"Barselona"nın müdafiəçisi Jüul Kunde İngiltərəyə yollanmağa hazırlaşır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, fransalı müdafiəçi “Çelsi”nin transfer siyahısında yer alıb.

Yanvarda keçidin rəsmiləşəcəyi gözlənilir. "Çelsi" Fransa millisinin üzvü üçün 60 milyon avro ödəyəcək.

Onun “Barsa” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Kunde “Bordo”, “Sevilya”da oynadıqdan sonra 2022-ci ildə Kataloniya klubuna keçib.
 

Xəbər xətti