AFFA-nın milliləşdirmək istədiyi futbolçu icarəyə verildi - FOTO

21:23 - 20 Sentyabr 2024

“Rodina”(Moskva) klubunun futbolçusu Ruslan Fişenko mövsümə başqa komandada başlayacaq.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Çernomorets”də (Novorossiysk) oynayacaq.

Rusiya birinci liqasında mübarizə aparan klub əslən azərbaycanlı olan futbolçunu bir illik icarəyə götürüb.

ÇSKA-nın(Moskva) yetirməsi olan Fişenko “Rostov”, “Veles”, “Ufa” klublarında oynayıb.


 

Xəbər xətti