Mərakeşli müdafiəçi: "Mançester Yunayted"də oynamaq xəyalım idi"

17:46 - 20 Sentyabr 2024

"Mançester Yunayted"in yeni futbolçusu Nussair Mazraui yeni komandasına keçidindən danışıb.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan mərakeşli müdafiəçi transferdən xoşbəxt olduğunu deyib:

"Bilirdim ki, sonda Premyer Liqada oynamaq istəyəcəm. Amma “Mançester Yunayted” kimi böyük klubda oynamaq imkanını qazanmaq sadəcə xəyalım idi. Bunun gerçəkləşəcəyini düşünmürdüm".

26 yaşlı futbolçu 2028-ci il iyunun 30-na qədər “Mançester Yunayted”ə məxsusdur.

Mazraui əvvəllər “Ayaks”, “Bavariya” klublarında oynayıb.

Xəbər xətti