Azərbaycan kuboku: Bu gün püşkatma keçiriləcək

11:34 - 30 Sentyabr 2024

Bu gün 2024/2025 mövsümünün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, yeni püşkatmada Premyer Liqa, Birinci Liqa və İkinci Liqa təmsilçiləri mübarizə aparacaq.

Ümumilikdə kubokda 34 klub  iştirak edəcək. Bakıdakı “Flame Towers”də keçiriləcək püşkatma saat 15:00-da başlayacaq.

Xəbər xətti