PFL rəsmisi: "Bütün klublar canla-başla kubokda iştirak edir"

15:50 - 30 Sentyabr 2024

Bu gün Azərbaycan Kubokunda 2024/2025 mövsümünün püşkü atılıb.

Sportal.az xəbər verir ki, tədbirdə çıxış edən PFL-in texniki idman direktoru Elgiz Abbasov turnirlə bağlı məlumat verib, fikirlərini bildirib:

- Premyer Liqada mövsüm bitdikdən bir sonra kubokun finalı olacaq. Beynəlxalq təcrübəni araşdırırq. Bu mövsüm kubokun final oyununun daha öncə reallaşması üçün təkliflərə, variantlara baxmışdıq. Final görüşünü iki komanda keçirəcək. Digər komandalar onların oyun cədvəlinə adaptasiya olmalıdırlar. Bütün klublar arasında həlledici mərhələdə istirahət balansını qorumaq məqsədilə, çempionat bitmədən öncə oynamaq təklifini qəbul etmədik. Final oyunu mövsümün sonunda olacaq. Kubokun finalı mövsümə yaxşı mənada yekun vurmaq üçün yaxşı vasitədir. Azarkeşlər üçün də futbol bayramı yaradır.

- Könüllü şəkildə kubokdan imtina edən komandalar oldu?

- Ötən ilə qədər ancaq Premyer Liqa və birinci liqa klubları kubokda istək əsasında oynayırdı. Amma ötən il idarə heyətinin qərarına və əsasnamənin tələbərinə uyun olaraq, bütün klubların kubokda iştirakının vacibliyini düşündük. Rəsmi və ya qeyri-rəsmi olaraq kubokda iştirak etmək istəməyən klub yoxdur. Hamısı canla-başla kubokda iştirak edirlər.

- Superkubok görüşü nəzərdə tutulub?

- Bizdə Superkubok oyunu sonuncu dəfə 2013-cü ildə keçirilib. Həmin ildən bu yana keçirilməyib. Vaxt məsələsi ən vacib məqamlardan biridir. Bu oyun adətən növbəti mövsümdən öncəki həftələrə təsadüf edir. Superkubok görüşü üçün mükafat yoxdur, avrokuboka vəsiqə vermir deyə, klublar da maraq göstərmir. Keçən il də gündəmə gəlmişdi. Amma bu dəqiqə üçün real, aktual müzakirə mövzusu deyil.

Mirbağırağa

Xəbər xətti