Rusiya mətbuatı Ramil Şeydayevdən yazdı: "Əbəs yerə Azərbaycan millisini seçməyib"

22:23 - 1 Oktyabr 2024

Rusiya mətbuatı "Zenit"in yetirmələrindən yazıb.

Sportal.az xəbər verir ki, həmin yazıda Sankt-Peterburq klubunun yetirmələrindən olan, hazırda isə "Neftçi" və Azərbaycan millisində oynayan Ramil Şeydayevin adını da qeyd ediblər. 

"Чемпионат" nəşri Şeydayevin milli komandamızı seçməsini də xüsusi vurğulayıb:

"Bütün hər şeyi öncədən görənlərdən biri də SŞOR-dan çıxan Ramil Şeydayevdir. Hər şey Rusiya millisi üçün AVRO(U-17) 2013-ün qalibi, "Zenit"in əsas heyətində beş oyun keçirib qızıl medallar almaqla başladı. Daha sonra o, "Rubin", “Krılya Sovetov”, “Dinamo”, “Kocaelispor”, “Trabzonspor”, “Jilina”, “Buriram Yunayted”, “Qarabağ”, “Sabah”da oynayıb, "Neftçi"yə keçdi. Onun indi təmsil etdiyi sonuncu klub "Neftçi"dir. Şeydayev A  milli səviyyəsində əbəs yerə Azərbaycan millisini seçməyib".

28 yaşlı hücumçu 2027-ci il iyunun 30-na qədər "Neftçi"yə məxsusdur.

Xəbər xətti