Asim Xudiyevə UEFA-dan növbəti təyinat

15:02 - 7 Oktyabr 2024

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki o, UEFA Millətlər Liqasının III turu çərçivəsində keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

Azərbaycan millisinin də yer aldığı C liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.

Xəbər xətti