Azərbaycan Kuboku: "Şahdağ Qusar" və "Şəfa" növbəti mərhələdə

18:31 - 12 Oktyabr 2024

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünə start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Şahdağ Qusar" "Kür-Araz"ı məğlub edərək növbəti mərhələyə yüksəlib. Qusarlılar bu raundda "Araz-Naxçıvan"la üz-üzə gələcək.

"Şəfa" isə "Saatlı-Araz"la qarşılaşıb. Matç paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. ",Şəfa" növbəti mərhələdə "Difai" ilə qarşılaşacaq.

Azərbaycan Kuboku

"Şahdağ Qusar" - "Kür-Araz" 3:1
Qollar:
F.Camalov, 73, 77, E.Quliyev, 79 - N.Məmmədov, 9

"Şəfa" - "Saatlı-Araz" 2:0
Qolllar:
E.Nəsibov, 9, E.Rəhimli, 34

Xəbər xətti