Azərbaycan kuboku: Dörd komanda növbəti mərhələyə adladı

20:22 - 13 Oktyabr 2024

Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində bu gün daha dörd matç keçirilib. 

Sportal.az xəbər verir ki, "Qusar" "Şimal"a uduzub. "Sheki City” – “Şəmkir” matçında isə qonaq komanda 1:0 qələbə qazanıb. 

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
13 oktyabr

“Şimal” – “Qusar” 4:1
Qollar: Pərviz Azadov, 6; 45+1. Emin Əskərov, 83. Tofiq Nəsibov, 89 – Faik Ağakərimov, 70-pen.
Baş hakim: Səbuhi Bayramov
Siyəzən şəhər stadionu.

“Lerik” – “Ağdaş” 0:4
Qollar: Elçin Süleymanov, 55. Elvin İsmayılov, 59; 67. Ülvi Sarıyev, 88
Baş hakim: Murad Səlimov
Lənkəran OİK stadionu

“Sheki City” – “Şəmkir” 0:1
Qol: Akif Tağıyev, 35
Baş hakim: Vüqar Həsənli
Şəki şəhər stadionu

“Göygöl” – “Hypers Guba” 2:3
Qollar: Ülvi Cəlilov, 37; 56 – Cavid İmamverdiyev, 6; 90. Hikmət Verdiyev, 94-öz qapısına.
Baş hakim: Elvin Bayramov
Göygöl OİK stadionu

Xəbər xətti