Azərbaycan kuboku: "Səbail"in rəqibi bu gün bəlli olacaq

11:47 - 14 Oktyabr 2024

Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

Sportal.az xəbər verir ki, mərhələnin son görüşü "Dinamo" və "Füzuli" klubları üz-üzə gələcək.

Bu cütün qalibi II təsnifat mərhələsində “Səbail”ə rəqib olacaq.

Azərbaycan Kuboku

13:30. "Dinamo” – “Füzuli”

Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
Neftçi Futbol Mərkəzi.

Xəbər xətti