Azərbaycan Kuboku: "Dinamo" növbəti mərhələdə

16:59 - 14 Oktyabr 2024

Futbol üzrə Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində "Dinamo" növbəti mərhələyə vəsiqə qazanıb. II Liqa təmsilçisi bu raundda "Səbail"lə qarşılaşacaq.

“Dinamo” – “Füzuli” - 4:0

Qollar: Ə.İsayev, 38, 77, R.Əhmədov, 80, V.Seyidov, 90+2
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov

Xəbər xətti